Vüqar Əhmədov Salyanda vətəndaşları qəbul etdi

Vüqar Əhmədov Salyanda vətəndaşları qəbul etdi

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bu gün Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.


Share: