“Welt”: “Özlərini yollara yapışdıran eko-fəalların arxasında beynəlxalq strukturlar dayanır”

“Welt”: “Özlərini yollara yapışdıran eko-fəalların arxasında beynəlxalq strukturlar dayanır”

İqlim problemlərinə diqqət çəkmək üçün özlərini yollara və muzey eksponatlarına yapışdıran “Letzte Generation” hərəkatının ekoloji fəallarına Beynəlxalq Fövqəladə İqlim Fondu dəstək verir.

Bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti məlumat verir.

Alman qəzeti yazır ki, “Letzte Generation” “nə etdiklərini dəqiq bilən peşəkar fəallardan” ibarət yaxşı təşkilatlanmış bir cəmiyyətdir.

Müəlliflər qeyd edirlər ki, təşkilatda “funksional iyerarxiya” mövcuddur. Belə ki, hərəkatın tərəfdarları üç kateqoriyaya bölünür: Birincilər, həbsə hazır olanlar, etiraz aksiyalarında iştirak edənlər; İkincilər, aksiyalarda iştirak etməyə razı olanlar, lakin həbs olunmaq istəməyənlər; Digərləri isə yalnız maddi-texniki dəstək verməyə hazır olanlar.

Maliyyələşdirmədən danışarkən, qəzet hesablayıb ki, artıq “altı rəqəmli” fərdi ianələrə əlavə olaraq, hərəkat 2019-cu ildə Kaliforniyada qurulan Fövqəladə İqlim Fondundan da dəstək alır. Məlumata görə, fond sentyabrın sonuna qədər “Letzte Generation” hərəkatı da daxil olmaqla, müxtəlif ölkələrdən on bir assosiasiyaya 3,5 milyon dollar köçürdüyünü açıqlayıb. Eyni zamanda, nə fond, nə də hərəkat alman fəallara dəqiq olaraq hansı məbləğin ödənildiyini şərh etməyiblər.

Mənbə: gazeta.ru

Share: