Türkiyənin Denizli şəhərindəki bir məktəbin qadın müəllimi E.P. (46) iddiaya görə, oğlan şagirdi ilə intim əlaqədə olub.
Müstəqil.Az Haberler-ə istinadən xəbər verir ki, bu olayın ortaya çıxmasından sonra qadın müəllimin həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib.
Təhsil İdarəsi tərəfindən başladılan araşdırma zamanı şagird münasibəti etiraf etsə də, qadın müəllim iddiaları qəbul etməyib. Məhkəmə müəllimin ərinindəlil olaraq təqdim etdiyi yazışma və fotoları qəbul etsə də, Rayon Təhsil İdarəsinin araşdırması əsasında cütlüyü boşayıb.
Tarix müəllimi olan E.P. (46) iddiaya görə, 2 il öncə şagirdi ilə görüşməyə başlayıb.
Qeyd edək ki, B.P. (46) arvadı E.P.-nin mobil telefonunda WhatsApp mesajlarında şagirdi ilə yazışmalarını və fotolarını görəndə boşanmaqlarını istəmişdi.