Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.
Müstəqil.Az-a Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyindən verilən məlumata görə, artıq Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir:
“Lakin o, SOCAR-ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MM isə SOCAR-ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.
Müstəqil.Az