Xərçəng xəstəliyinin yaranmasının qarşısını alan içki

Xərçəng xəstəliyinin yaranmasının qarşısını alan içki

Zəncəfilli çay xolesterinin səviyyəsini aşağı salmağa, xərçəng xəstəliyinin yaranma riskini azaltmağa və oynaqlarda ağrını yüngülləşdirməyə kömək edən güclü müalicəvi xüsusiyyətlərə malikdir.

Müstəqil.Az “Report”a istinadla xəbər verir ki, alimlərin çoxsaylı tədqiqatları bunu deməyə əsas verir.

“Express” nəşri yazır ki, alimlərin araşdırması müəyyən edib ki, zəncəfil qinqerol maddəsi sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Mütəxəssislərin fikrincə, zəncəfil həmçinin yaşıl çaydan iki dəfə daha faydalıdır.

Sınaqlardan biri göstərib ki, gündə zəncəfilin iki qram cövhərindən istifadə edən 30 insanda bu bitkinin yaxşı təsirinə görə bağırsaq xərçəngi riski əhəmiyyətli dərəcədə azalıb.

Zəncəfil yüksək qan təzyiqinin nizamlanmasına kömək edir, onun tərkibindəki salisilat qanı durulaşdıran aspirin komponenti rolunu oynayır.

Bitki həmçinin ağrını yüngülləşdirməyə və immun sistemini gücləndirməyə kömək edən təbii vasitə kimi istifadə olunur. Bu, öz növbəsində orqanizmə infeksiyalardan başlayaraq, həzm pozuntularına qədər bir sıra xəstəliklərlə daha effektiv mübarizə aparmağa kömək edir.

Alimlər bildirirlər ki, zəncəfilli çay dişlərin sağlamlığını qorumağa və onları bakteriyalardan mühafizə etməyə kömək edəcək.

Share: