Xəstəliyi yenidən baş qaldıran Əməkdar artist səhhəti barədə DANIŞDI

Xəstəliyi yenidən baş qaldıran Əməkdar artist səhhəti barədə DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəstəliyi yenidən baş qaldıran Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti yaxşıdır.

Bu barədə Oxu.Az-a tanınmış qarmon ifaçısının özü məlumat verib.

“Allaha min şükür ki, yaxşıyam. Maraqlandığınız üçün təşəkkür edirəm. Maqnit Rezonans Tomoqrafiya (MRT)-nin cavablarını aldıq. Hər şey qaydasındadır, salamatlıqdır”.

Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.

Xatırladaq ki, Gülbahar Şükürlü bir müddət öncə maddi durumunun yaxşı olmaması səbəbindən xəstəxanaya getməkdən və əməliyyat etdirməkdən imtina etmişdi.

Nəzrin Vahid

Share: