Akademik Zərifə xanım Əliyeva müasir dünyada həkim etikasından bəhs edən “Yüksək əqidə” adlı əsərində “Vicdan bizim əsas həkimimizdir.
Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o soruşur: Ağ xalat geyməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, xəstənin ağrısını şəxsi ağrısı hesab edir. Əgər sağlamlığını itirən şəxs yenidən ona qovuşursa, demək həkim də yenidən həyata qayıdır, doğulur.Həkimlik sənətinin mənəvi təməli də elə bundadır. Həkim peşəsi mücahidlikdir. O, əsl fədakarlıq, geniş ürək və təmiz niyyət tələb edir”.
Astara rayonunun Ərçivan kəndində dünyaya göz açan təmiz qəlbli,elinə,obasına bağlı vətənpərvər bir insan,qızıl düşüncə sahibi,neçə xəstəni ölümdən xilas edən Kamil həkimdə vicdanlı həkim idi.
Çox təssüf olsun ki, koronavirusdan dünyasını dəyişdi.
Gözəl ürəyə sahib olan Kamil həkim,əsl həkim idi ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edirdi.
Kamil həkimin vəfatı hər birimiz üçün çox ağırdır.O,eldən gedən oğullardandır,onun xatirəsi Cənub bölgəsində yaşayan insanların qəlbində, xeyirxah bir insan kimi yaşayacaqdır.Nur içində yatsın,ruhu şad,məkanı cənnət olsun. Amin
Əcəl səni eldən nə tez qopardı
Qəfil ölümünlə dağ çəkdin bizə,
Dönübdü sinəmiz bir yanar közə,
De sənsiz könüllər bəs necə dözə,
Getdin qara torpaq səni apardı,
Əcəl səni eldən nə tez qopardı!?
Əllərin qlzıldı,məsləkin qızıl,
Ürəyin odunda de kimlər qızıb.
Qədər sənin üçün ah nələr cızıb.
Bir ley tək qıy vurub səni apardı,
Əcəl səni eldən nə tez qopardı!?
Susub keyləşibdi dərdli baxışlar,
Yağdırır üstünə həsrət naxışlar,
Axır gözümüzdən acı yağışlar.
Dərmansız bir bəla səni apardı.
Əcəl səni eldən nə tez qopardı!
Hər kəsin dərdinə əlac olardın,
Həkimdin xəstəyə dəva olardın,
Sənə əl açana əl uzadardın,
Soyuq məzar səni çəkib apardı,
Əcəl səni eldən nə tez qopardı!?
Ağlayır,sızlarıyır cüt övladların,
Çəkdilər hicranın atasızlığın,
Üzdü bax hər kəsi sənin yoxluğun,
Vəfasız əzrayıl səni apardı,
Əcəl səni eldən nə tez qopardı!?
Səni xəstələrin hələ axtarar,
Həkimim tez gəlsin deyib axtarar,
Əcəldə gəzərək ölüm axtarar,
Ölüm səni qardaş necə apardı,
Əcəl səni eldən nə tez qopardı!?
Dur qalx yatağından dön bax hər yana,
Hələ inanmırlar heç yoxluğuna,
Dözmək heç olmayır bu ah vaylara,
Qədərin özüylə səni apardı,
Əcəl səni eldən nə tez qopardı!?
Oldun sən bir ömür elin köməyi,
Səni unutmağa qoymaz əməlin,
İnsanlar üstündə çoxdur əməyin.
Səni acı rüzgar gəldi apardı,
Əcəl səni eldən nə tez qopardı.
Lənkəran Dövlət Universiteti
Tar.ü.f.d. b/m Məcidova Leyla Qadir qızı