Xəzər Süleymanlı – Dünən şəhid oldu mənim tələbəm

Xəzər Süleymanlı – Dünən şəhid oldu mənim tələbəm

Dünən ŞƏHİD oldu mənim tələbəm,

Mən də hamı kimi ağladım, yandım.
Bir anlıq geriyə qayıtdı illər,
Baxıb bir nöqtəyə xeyli dayandım.
 
Yadıma düşdü ki, tarix dərsində
Onu incidərdim sözləri üstə.
Bircə dərsimə də hazır gəlməzdi,
Çox vaxt dayanardı dizləri üstə.
 
Yoxsa müəllim də səhv edə bilər?
Dünyada nə çətin suallar varmış.
Bilməzdim tarixdən iki alanlar,
Özləri nə vaxtsa tarix yazarmış!

 

şeir: Vüsal Hicran
səs: Xəzər Süleymanlı
piano: Şamxal Mustafazadə

Share: