Şamxal Həsənli Xəzər TV-dəki vəzifəsindən azad edilib.
Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, Bakıpost.az Xəzər TV-nin rəhbəri vəzifəsinə xalq artisti Murad Dadaşovun gətirildiyini yazıb.
Xatırladaq ki, Şamxal Həsənli Xəzər TV MMC-nin prezidenti vəzifəsini icra edirdi.
***
Milli Teleradio Şurasının Aparat rəhbəri Asəf Hacıyev Axar.az-a açıqlamasında bildirib ki, onun heç nədən xəbəri yoxdur:
“Mən 3 ildir Xəzər TV-nin təsisçisi vəzifəsindən uzaqlaşmışam, ona görə mən bu xəbərləri şərh edə bilmərəm”.
Müstəqil.Az