Xəzərdə dalğanın hündürlüyü qalxdı, bölgələrə QAR YAĞDI – Hava dəyişdi

Xəzərdə dalğanın hündürlüyü qalxdı, bölgələrə QAR YAĞDI – Hava dəyişdi

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 21:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib.

Xidmətdən  verilən məlumata görə, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Share: