Müstəqil.Az xəbər verir ki, bunu jurnalistlərə RF Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov bildirib. O, qeyd edib ki,müqavilə Xəzəryanı ölkələrin dövlət başçılarının gələn ilin əvvəlində Astanada keçiriləcək sammitində imzalana bilər.
RF Prezidentinin xüsusi nümayəndəsi xatırladıb ki, Xəzərin statusunun müzakirəsi 20 ildir davam etsə də, bu barədə əsas sənəd hələ imzalanmayıb.
“Əgər Xəzərin hüquqi statusu ilə bağlı çoxdan gözlənilən konvensiya imzalanarsa, bu, regionda həm humanitar, həm də iqtisadi əməkdaşlığı aktivləşdirəcək”, – deyə R.Abdulatipov bildirib. Onun sözlərinə görə, RF-nin bu regionda həyata keçirəcəyi bütün mümkün layihələrin mükəmməl auditinin aparılması vacibdir.
Müstəqil.Az