“XƏZİNƏ POEZİYA ANTOLOGİYASI”…

 
XƏZİNƏ POEZİYA ANTOLOGİYASI” tərtibçi və redaktor Elvin İntiqamoğlunun Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi olduğu dövrdən (2016) etibarən çap olunmağa başlanılmışdır…
Antologiya XXI əsr (2000-2019) Azərbaycan poeziyasının bir qismini özündə əks etdirir… 2000-2019-cu illər ərzində dünyasın dəyişmiş qələm sahibləri istisna olmaqla, 100-ə yaxın müəllifin yaradıcılığına yer ayrılmışdır.
Antologiya təvəllüd prinsipi ilə tərtib edilmiş, müxtəlif yaş kateqoriyalarından olan yüzlərlə istedadlı, peşəkar və eləcə də həvəskar şairlərin şeirləri ilə oxucuların görüşünə gəlmişdir… Antologiyada NƏRİMAN HƏSƏNZADƏ, SABİR RÜSTƏMXANLI, MƏMMƏD İSMAYIL, MUSA YAQUB, RAMİZ RÖVŞƏN, VAHİD ƏZİZ, RÜSTƏM BEHRUDİ, İLQAR FƏHMİ, ƏJDƏR OL, MURAD KÖHNƏQALA, RAFİQ YUSİFOĞLU, RAMİZ QUSARÇAYLI, QULU AĞSƏS ilə yanaşı, həmçinin, bir o qədər tanınmayan, ədəbiyyatda hələ xüsusi çəkiyə malik olmayan, ilk yazıları ilə oxucuların görüşünə gələn gənc müəlliflərə də imkan yaradılıb ki, onlar da həvəslənib öz üzərlərində daha yaxşı çalışsınlar…
Kitabda hər bir müəllifin rəngli şəkli, tərcümeyi-halı və şeirləri toplanılmış, 200 tirajla çapdan çıxmışdır.
Əsrin ədəbi janrlarını ədəbi kateqoriyalar əsasında hazırlamaq “XƏZİNƏ” komandasının əsas məqsədidir…İlk 4 cildlə poeziya sahəsinin “Ümumi poeziya” kateqoriyasına yekun vuruldu…Martda start veriləcək V cild poeziyanın hər hansısa bir kateqoriyasına həsr ediləcək…
Antologiyanın I nəşrləri satış məqsədi ilə nəzərdə tutulmayıb və satışa da buraxılmayacaq…Gələcək illərdə maddi dəstək olduğu təqdirdə “II NƏŞR” adı altında antologiyanın təkmilləşdirilmiş təkrar nəşrləri ictimaiyyətə təqdim ediləcək və sırf satış xarakteri daşıyacaq….
“XƏZİNƏ” yayımları “Antologiya” anlayışının bütün qanunauyğunluqlarını özündə cəmləşdirir və demək olar ki, bütün elmi standartlara cavab verir…
Yanvar ayında “XƏZİNƏ POEZİYA ANTOLOGİYASI”nın I-IV cildlərinin təqdimatı gözlənilir.
Ugurlar arzulayırıq.
Müstəqil.Az
Share: