“X Premium” (əvvəllər “Twitter Blue”) indi son üç ayda beş milyondan çox baxışı olan istifadəçilər üçün pulsuzdur.
“Bu, o deməkdir ki, “X Premium” və ya “Twitter Blue” beş milyondan çox baxış yaradan hesablar üçün pulsuzdur. Nəzərə alın ki, yalnız təsdiqlənmiş istifadəçilərin baxışları nəzərə alınır, əks halda fırıldaqçılar botlardan istifadə edəcəklər”, – deyə sosial şəbəkə sahibi İlon Mask özünün “X” səhifəsində yazıb.
“X Premium” istifadəçilərə hesablarında mavi işarə almağa imkan verir ki, Musk bu işarənin onlara adi istifadəçilərlə müqayisədə müxtəlif üstünlüklər verdiyini deyir.
Xüsusilə, əsas “X” lentində yalnız orijinal hesablardan gələn mesajlar göstəriləcək. Bundan əlavə, abunə olanlar reklamları iki dəfə az görəcək, öz səhifəsində daha uzun videolar yerləşdirə, yeniliklərə erkən çıxış əldə edə və sosial şəbəkə sorğularında iştirak edə biləcəklər.
Mənbə: TASS