Məni sevmək məcburiyyətində deyilsən

 

 

Cəlil Cavanşirin darıxmaqlarına cavab

Da-rı-xır-am hecalarla,
darıxıram notlarla,
darıxıram adını eşitdikdə donmuş ürəyimlə,
Darıxıram.

Darıxmaq necə olur?!

Darıxmaq – sevməkdir öncə;
çünki sevməsən darıxmazsan ki, dəlicəsinə…

Darıxmaq – səbr etməkdir…
İlləri,
ayları,
həftələri,
günləri,
saatları ,
dəqiqələri
və həttda saniyələri belə
ötürə bilməkdir –
darıxmaq…

Təsəvvür edirəm sənin dönüşünü,
sənə necə sarılacağımı.
Amma sən gələn zaman,
sənə deməyəcəm
sənin üçün darıxdığımı.

Çünki, sən özün anlayacaqsan bunu.

****

Ağlamaq üçün

gözdən axan yaşa ehtiyac yoxdur;

İnsan gülərkəndə ağlaya bilər…

Sevmək üçün

gözələ ehtiyac yoxur;

çirkin üzdə gözə bir ruh,

qəlbi qəlbə bağla bilər…

Darıxmaq üçün

ayrılığa ehtiyac yoxur;

darıxılan yaxındaykən

həsrət çəkmək elə darıxmaqdır…

Yaşamaq üçün

ağlamağa,

gülməyə,

sevməyə,

darıxmağa

ayaq tutub gəzməyə ehtiyac yoxdur;

bir qəlbə dolmaq,

bir qəlbdə yuva salmaq,

xatırlanmaq

elə yaşamaqdır…

*****

Sevmə…

Məni sevmək məcburiyyətində deyilsən;
sevmə…
Nəyimi sevəcəksən ki?
Sevibdə nə edəcəksən?!
Sevmə…
Bilirsənmi
nə qədər
keçici
“sevgi”lər

ayrılıqlar
yaşamışam?!
Səndə onlardan biri…
Sevmə…
Sevilmək bizim kimilərə yad duyğudur…
Sevmə…
Sevibdə nə edəcəksən?!
Sevmə…

****

Günəşin batıb
ayın çıxmasını,
buludların çəkilib
ulduzların görünməsini,
insanların yatıb
səssizliyin çökməsini
səbirsizliklə gözləyirəm.
Gecənin zülmət qaranlığı
gözlərimdə
rəngarəng
rəsm əsəri
tək görünür.
Çünkü
yalnız o an
xəyalın gözlərim önündə canlanır.
Mən,
məndəki sən
və səssiz gecəmiz…
Biz demək olarsa, biz…
Of…
Dözümmü bu ayrılığa?
Amma necə dözüm?
Necə deyim qəlbimə- döz?!
Futbolçu kimiydin-
gözlərin gözlərimə baxaraq
qəlbini başqasına ötürdün…

***

Düşündüm ki,
səndən ayrılsam xoşbəxt olaram…
Ayrıldıq və sən getdin…
İlk günlər elə xoşbəxt idim ki…
Bəlkə də xoşbəxt olmaq istədiyimdən
özümü xoşbəxt görürdüm;
film izləyirdim,
kitab oxuyurdum,
radionu dinləyirdim…
Ta ki, dinlədiyim mahnılar,
baxdığım filmlər, oxuduğum
kitablar səni mənə xatırladana qədər
özümü xoşbəxt hiss etdim…
Sonra anladım ki,
əslində mən səninlə xoşbəxtəm…

***

Getməyinə görə deyil içimdəki nifrət;
məni ummadığım bir anda vurdun – ona yanıram…
Varlığın nə verdiki,
yoxIuğun canımı yandırsın?!

Mənə unud deyirsən,
madam ki, unutmaq o qədər asansa, sən də onu unud…

Şəhərləri sevirəm,
insanları sevirəm,
filmləri,
mahnıları,
kitabları…
Və ən çoxda səni sevdim…

Mən səni sevdim ki,
bir olaq –
sevmədim ki,
ayrılaq…

***

Hər dəfə
üzümə vursada məni sevmədiyini
yenə
ona
olan
sevgim
azalmadı.
Qırılmış güzgüyə
baxmaq kimi bir şey idi
səni sevməyən
adamın ardıyca sürünmək.
Hər dəfə
onun yanında olanda
param parça olursan,
amma
yenə
bütün cümlələrin
onun adıyla başlayır.
Bilirsən ki,
adını çəkdikdə
can eşitməyəksən…
Amma yenə də adı düşmür dilindən…
Bilirsən ki,
onun tərəfdən heç vaxt sevilməyəcəksən;
və ən pisi isə bütün bunları
bilə bilə,
onu
sevərsən…

***

İstəyirəm ki, bir gün qarşılaşaq;

amma gözlərimiz nifrətlə baxmasın,

peşman baxışlarımız  görüşsün…

İstəyirəm ki,

dilin deməsə də gözlərin desin –

“Səni sevirəm… Darıxmışam…”

Qollarım səni qucaqlasın;

sevinsin,

ürəyimin necə sevindiyini

çatdırsın sənə…

Bərk-bərk qucaqlasın

qollarım səni…

İstəyirəm ki,

kinin sevgi ilə əvəzlənsin;

və hər şey əvvəlki kimi olsun –

adın dodaqlarımda səslənsin,
adım dodaqlarında əvəzlənsin…

Mən iki üzlüyəm –

sən yaxşı bilirsən,

gündüzlər gülürdüm,

gecələr ağlayırdım…

Sənə olan hislərimi

sənsiz saxlayırdım…

İndi,

üsyan edirəm sənsiz

mənasız həyatıma…

***

Bəlkə də sonra peşman olacam,
öncələr yaşadıqlarım üçün
indi peşman olduğum kimi,
Lakin sən əbədi olaraq var olacaqsan,
qabırğalarımın gizlətdiyi qəlbimin bir küncündə.
Və o qədər səssiz yatacaqsan ki, orda,
Nə mən sənə toxunmağa qıymayacam,
Nə də sən oyanmağa güc tapmayacaqsan.
Bəlkə də elə eyni halda da ölüb gedəcəyəm,
səndən xəbərsiz ancaq sən içimdə…

***

Həmişə günahı başqalarında axtarırıq,
səhvi özümüzdə görmürük heç vaxt.
Gedənlərdən nifrət dolusu danışırıq,
pisliyirik;
güya özümüz nə vaxtsa
kiminsə həyatından çıxıb getmədikmi?
Bizi sevmədi deyə gileylənirik,
ya özümüz bizi sevəni sevdikmi?
Sevmədik…
Sevə bilmədik…
Sevmək düzgünlük və dürstlük istər…
Güya özümüz heçmi yalan danışmadıq?
Danışdıq…
Özüdə Çin səddi qədər…

***

Gecəni gözləyirəm
zəncirə vurulmuş arzuların çoxluğunda
it bat olmaq,
yoxluğunda sənlə var olmaq üçün.
Dəmli çayı masama qoyub
sən varmış kimi söhbət etmək,
ürəkdən gülmək üçün.
Gecəni gözləyirəm
içib- içib
varlığında yoxluğuna qarışmaq üçün.
Çəkdiyim hər siqaret tüstüsünü ciyərlərimə alıb,
səni azad edirəmmiş kimi hiss edirəm.
Yoxluğunda qara geyindi arzularım.
Edam etdim özümü hilalın işığında.
Gözlərimi yumdum,
əbədi vida etdim sənə.
Sənin yaşadığın,
mənimsə öldüyüm dünyaya.

***

Gecələri yatmadan

barmaqları siqaretə sarılan

sabah oyandığında

ilk işi ac qarına siqaret çəkən

qadınlar tanıdım mən.

Bilirsiz kimsəsiz olan

qadınlar

siqaretə aşiqdi.

Yanmağı gözə alaraq sevmişdi

onu sevməyən adamı.

Sonunda kül olacağını bilərək sevmişdi…

***

Çox sevərsən birini,
elə sıradan sevgiylə deyil;
hər şeydən,
hər kəsdən çox sevərsən.
Yəni o mənim həyatım deyərsən.
Ayrılıqdan sonra yalnız çox sevdiyin adam deyil,
xoşbəxtliyini itirərsən,
dincliyini itirərsən,
yuxularını itirərsən.
Bəlkə ölməzsən
amma yaşamaq da
deyil…
Sürünməkdir…
Dərd çəkməkdir…
Çünki xəyallarını itirən insanın
yaşamağıda mənasız olar…
***

Səhv etsə də sevdin.
Yıxılsada əlindən tutub qaldırdın.
Etdiyi səhvləri görməməzlikdən gəldin.
Ən çox onu sevdin.
Amma sən yıxıldın,
o əlini belə uzatmadı…

***

Qırılan təkcə sümüklərmiz olsaydı keçərdi.
Güvənimiz qırıldı,
xəyallarmız qırıldı,
ümüdlərimiz qırıldı.
Keçməyəcək…

***

Siqaret çəkən qadınların ciyərlərini,
siqaretdən öncə,
onları tərk edib gedən
ADAMlar məhv etmişdi…

***

Bir qadının xahişi ilə…

Sən indi saqqalını uzadırsan
başqa bir qadın öpsün deyə,
mən saçlarımı kəsdim
başqa biri toxunmasın deyə…

***

Acılarını ürəyindən
kəsib ata bilməyən qadın,
getdi saçlarını kəsdi…

***

… Uğrunda canımı verəcəyim insanla,
içimi parçalaya parçalaya vidalaşdım.
Mənə sevgidən

güçsüz olmaqdan danışmayın…

***

Hər cümləsi
ağrı saçırdı
tərk edilən qadının.
Anlamaq olmurdu sözlərini.
Yadımda qalan bu üç kəlmə oldu –
“O çox şərəfsizdi…”

 

***

Səni düşünən biri var – adı Tural…
Sənə həsrətdir…
Demirəm ki, yanıma gəl…
Bəlkə arada yuxuma gəlib yad edəsən…
Necə söhbətdir?!
Sevib elə bil günah etdik;
hər kəs önümüzə səd çəkdi…
Dərdimi saçlarım kimi kəsdikcə uzandı…
Nə olar gecikmə – bir də gördün ölmüşəm…

 

Share: