Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsızlıq edən məktəb direktoru prokurorluğa çağırıldı

Xaçmazın Arzu kəndində 12 yaşlı məktəbli qıza qarşı seksual xarakterli əxlaqsız hərəkətlər edən məktəb direktorunun məsələsini polis araşdırır. Bunu virtualaz.org-a Xaçmaz rayon Prokurorluğundan bildiriblər. Bundan əvvəl informasiya agentliklərindən biri məktəb direktorunun dindirilmək üçün prokurorluğa aparıldığı haqa xəbər yaymışdı.

 

 

“Həmin xəbər yalandır. Biz onu yayan agentliyə də xəbərdarlıq etdik. Məktəb direktoru saxlanılmayıb və prokurorluğa aparılmayıb. Bu məsələni polis araşdırır, məktəb direktoru prokurorluğa çağırılıb, amma həmin hadisəyə görə yox, məktəbdə baş verən başqa hadisəyə görə. Prokurorluğa dəvət edilmək başqadır, saxlanılmaq başqa”-Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibala Şahverənov bildirib. Lakin o, məktəbdə daha hansı hadisənin baş verdiyini dəqiqləşdirməkdən imtina edib.

 

 

Xaçmaz Təhsil Şöbəsindən isə virtualaz.org-a bildiriblər ki, məktəb direktoru “səhhəti ilə bağlı” iki gündür işə çıxmır. “Biz direktoru işdən çıxarmamışıq, hadisə ilə bağlı araşdırma başa çatmayana qədər heç kim işdən çıxarılmayacaq”-Təhsil Şöbəsindən deyiblər.

 

 

Müstəqil.Az

Share: