Xaçmazda 94 kənd işıqsız qaldı

Xaçmazda 94 kənd işıqsız qaldı

Güclü külək Xaçmazda elektrik təsərrüfatına ciddi ziyan vurub.

“Qafqazinfo” xəbər verir ki, bunu AZƏRTAC-a Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib.

Anar Oruclunun sözlərinə görə, rayon mərkəzində və 94 kənddə elektrik enerjisinin kəsilməsi səbəbindən 17 min 300 abonent işıqsız qalıb.

Güclü külək bir çox ərazilərdə elektrik naqillərini qırıb, dirəkləri aşırıb. Hazırda müvafiq qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Külək nəticəsində şəhər mərkəzində beşmərtəbəli, dördbloklu yaşayış binasının dam örtüyü uçub, rayon ərazisində ümumilikdə, 6 ağac kökündən qoparaq aşıb.

Hadisələr nəticəsində xəsarət alan olmayıb.

Hazırda rayonda külək əsməkdə davam edir.


Share: