Xalq artisti Qurban İsmayılov açıq ürək əməliyyatı olunub.
Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, əməliyyat 4 saat davam edib.
Ürək-damar cərrahı Rafiq İbrahimov bildirib ki, aktyor xəstəxanaya infarkt diaqnozu ilə daxil olub, hazırda vəziyyəti yaxşıdır: “Qurban müəllimi sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək”.
Qeyd edək ki, Q. İsmayılov sonuncu dəfə “Ata ocağı” serialında rol alıb.
Müstəqil.Az