Xalq artisti Faiq Ağayev şou-biznesdəki dostluqların pozulmasının səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə müğənni “Söz baz” verilişinə qonaq olarkən danışıb.
“Dostluqların dağılmasına “zəhrimar pul” səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur. Böyük sevgi və həsrətlə “Bakı payızı – 88”i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal… Kulisdə biri-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, biri-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır”, – deyə, F.Ağayev fikirlərinə əlavə edib.