Xəbər verdiyimiz kimi, Koronovirusa yoluxan xalq artisti Eldost Bayramın səhhəti stabil ağır olaraq qalmaqdadır.
Müstəqil.Az bildirir ki, Azərbaycan Dövlət Televiziya və Radiosu verlişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, tanınmış diktor, Azərbaycan Respublikasının xalq artisti Eldost Bayram COVİD-19 dan əziyyət çəkir.
Xalq artistinin laqeydliyin gətirdiyi fəsadlardan əziyyət çəkməsindən də bəhs etmişdik. Bu gün Eldost Bayramın həyat yoldaşı Minarə xanımla ilə əlaqə saxladıq. Onun verdiyi məlumata görə, E.Bayram nitqini itirib, özünü ifadə edə bilmir. Həkimlər nəhayət ki onu reanimasiyaya köçürüblər. Beş gündür ki, səsini eşitmirəm, bizimlə telefon əlaqəsi də qura bilmir. Sağ olsun həkimləri, dostlarını, jurnalistləri onunla ilgilənirlər. Xüsusi ilə də Azərbaycan Dövlət Televiziya və Radiosu verlişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən müəllimin diqqəti. Dünən iki dəfə zəng edib, xəstəxana ilə əlaqəni kəsməyib, inanıram ki, göydə Allahın, yerdı həkimlərin köməyi və dostlarının duasl onu bizə qaytaracaq.
Müstəqil.Az