Xalq artistinin qızından anası haqqında ŞOK SÖZLƏR: “Bu ailə dağılmamalı idi” – VİDEO

“Nə olsun ki, anam var. Atamın əmisiqızıdır, münasibətimiz normaldır. Allah canını sağ etsin. Amma atam mənə həm analıq edib, həm atalıq. İnsanın həm bioloji anası olur, həm qayğısına qalan, boya-başa çatdıran. Anam məni boya-başa çatdırıb, amma atamın sayəsində ayaqlarım üstündə durmağı öyrənmişəm” .

Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova vəfat edən atası, Xalq artisti Rafael Dadaşov haqqında “5/5” verilişində danışarkən deyib.

Sənətçi bu vaxta qədər heç yerdə danışmadığı məsələlərə aydınlıq gətirib.

O, anası Sədaqət Dadaşovanın atasından ayrılmasını qəbul edə bilmədiyini deyib: “Heç kimi danmıram, hamının canı sağ olsun. Atam milyonların sevimlisi xanımların yuxusu idi. Qadınlar yoldaşı yanında ola-ola atama sevgi etirafı edirdilər. Kişinin tək bir qadını sevməsi onun üçün xoşbəxtlik deyilmi? O, yalnız birini sevdi, seçdi. Bir kişi kimi onu sevmədilər, xoşbəxt eləmədilər. Onun qədrini bilmədilər. Atam ömürboyu özünü ailəsinə, balalarına həsr elədi. Bu ailə dağılmamalı idi. Bir var ki, dağıldı, bir də var ki, dağıtdılar. Bilmədiyiniz məqamlar var”.

Share: