Müstəqil.az Publika.az-a istinadla xəbər verir ki, Xalq şairi Musa Yaqub Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.
xxx
12:08
Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.
Müstəqil.az Realtv.az-a istinadla xəbər verir ki, mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində – evində təşkil edilib.
Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq şairi vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.