Xalq şairi Sabir Rüstəmxanlının şagirdlərlə görüşü keçirilib…

Xalq şairi Sabir Rüstəmxanlının şagirdlərlə görüşü keçirilib…

 

Bakı şəhəri, Sabunçu rayonunun 28 nömrəli tam orta məktəbdə şagirdlər və müəllimlər ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının görüşü keçirilib.

Məktəbin direktoru Qənirə Əmircanova bildirib ki, istəyirəm şagirdlərimiz S. Rüstəmxanlı kimi dəyərli ziyalılarımızı, dövlət xadimlərimizi canlı görsünlər, onlarla ünsiyyət qursunlar və tanısınlar.
Xalq şairinin yaradıcılığından, gördüyü işlərdən geniş bəhs edən direktor vurğulayıb ki, S. Rüstəmxanlının əsərləri vətənpərvərlik hissinin aşılanması, milli ruhun yüksəldilməsi baxımından əvəzsiz xəzinədir.

Direktorun çıxışından sonra şagirdlər S.Rüstəmxanlının şeirlərini səsləndiriblər. Vətən Müharibəsi zamanı az qala dillər əzbərinə çevrilmiş “Millətəm” mahnısını oxuyublar. Daha sonra isə S. Rüstəmxanlının yazdığı ssenari əsasında çəkilmiş “Cavad xan” filmindən bir hissə təqdim olunub. Həmin hissə şagirdlər tərəfindən səhələşdirilib.

Tədbirə dəvət olunmuş Dövlət Dram Teatrının aktrisası Şəhla Əliqızı millət vəkilinin bir neçə şeirini oxuyub.

Sonda S. Rüstəmxanlı çıxış edərək, şagirdlərə maraqlı məsləhətlər verib, öz təcrübəsini bölüşüb.

Şagirdlərə tövsiyə edib ki, yaradılmış belə gözəl şəraitdən öz təhsillərini artırmaq, daha çox bilik əldə etmək, gələcəkdə ölkə, dünya üçün vacib şəxsiyyətə çevrilməkdə istifadə etsinlər.

Müstəqil.az

Share: