Azərbaycan xalqı məkrli, arxalı düşmənlə öz ərazilərini azad etmək uğrunda ədalətli mübarizə aparır. Bizim tərəfimizdən bu müharibə Vətən müharibəsidir, çünki biz işğal olunmuş torpaqlarımız uğrunda vuruşuruq. Xalqımız öz Prezidentinin ətrafında sıx birləşərək xalqla Dövlətin birliyini və həmrəyliyini nümayiş etdirməklə yanaşı, qələbəyə böyük əzmıni də ifadə edir.
Dövlət başçımızın çevik, məqsədyönlü fəaliyyəti beynəlxalq hüququn bütün prinsip və normalarına uyğundur. Məhz bu cür mövqe bizə dünya dövlətlərinin hörmət və etibarını qazandırmışdır. Bu gün Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi kimi tarixi vəzifənin yerinə yetirilməsində olduqca qətiyyətli və inamlı görünür.
Lənkəran Dövlət Universitetinin Tarix-cografiya və incəsənət fakültəsinin bütün əməkdaşları inanırlar ki, əzəli torpaqlarımız işğaldan azad olacaq, düşmən üzərində qəti qələbə qazanılacaqdır. Elə bir qələbə ki, Sizin də qeyd etdiyiniz kimi düşmən bir daha bizim torpaqlara kəm baxmağa cəsarət etməyəcəkdir.
Lənkəran Dövlət Universitetinin
Tarix-cografiya və incəsənət fakültəsinin dekanı
dos. Kamal Fətulla oğlu Mahmudov
Müstəqil.Az