Xalqın inandığı Müzəffər Komandan İlham Əliyev
Bu gün istər beynəlxalq aləmdə Azərbaycanın dəyişən statusu, istərsə də ölkəmizin öz ərazi bütövlüyünə qovuşması şübhəsiz ki, xalqın gələcəyinə və şəxsiyyətinə inandığı İlham Əliyevə Prezident seçkilərində göstərdiyi yüksək etimadın nəticəsidir. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri də xalqımızın Prezident cənab İlham Əliyevə yüksək etimadının növbəti göstəricisi olmuşdur. Bizi birləşdirən Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Cənab İlham Əliyevin ölkəmizə birbaşa rəhbərlik etdiyi 2003-cü ildən bugünə qədər keçən müddət dövlətimizi və xalqımız üçün, hətta bütün dünya azərbaycanlıları üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Xalqa verdiyi sözə sonuna qədər sadiq qalan Cənab İlham Əliyev ötən dövr ərzində xalqın etimadını ən yüksək səviyyədə doğrultmuş və xalqın qarşısında söylədiyi bütün sözləri reallığa çevirmişdir. Bu heç şübhəsiz, yüksək intellektual bacarıq və yenilməz gücə əsaslanan nəticələrdir.
Ötən dövr ərzində ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi yaxşılaşıb. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib.
Bu illər ərzində qazanılan böyük uğurların zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı.
Vətən müharibəsində qazanılmış bu möhtəşəm Qələbə həm də İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.
Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.
Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda həyata keçirilən bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb.
Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə dünyanı heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Prezidentimiz deyir ki, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar.
Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Biz Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının Prezident cənab İlham Əliyevə necə yüksək inam bəslədiyinin əyani şahidləriyik. İnanırıq ki, uğurlu siyasət və davamlı inkişaf şəraitində bu inam daha da möhkəmlənəcək. Çünki xalqımızın etimadının nəticəsi bugünkü Azərbaycanı d
Həbib Misirov,
YAP Kəlbəcər Rayon Təşkilatının sədri