“İdman həftəsi” çərçivəsində martın 2-də “Qürurla irəli!” şüarı ilə Xankəndi–Bakı ultra marafonunun 3-cü mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyindən -ya bildirilib ki, 21 nəfərin iştirakı ilə Ucardan start götürən üçüncü mərhələ 88 kilometr məsafəni əhatə edərək, Hacıqabulda başa çatıb.
17 nəfərin finişə çatdığı 3-cü mərhələdə kişilər arasında Artyom Əliyev birinci, Murat Kaya ikinci, Seymur Şahbazov üçüncü olublar. Qadınlar arasında isə finişə Svetlana Şepeleva (Moldova) və Leyla Abidinova (Azərbaycan) çatıblar.