Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
“Qafqazinfo” xəbər verir ki, aksiyanın 8-ci günündə yeni hadisələr yaşanıb.
Belə ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı aradan götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-in də ərazidən aparıldığı bildirilir.
Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın dəhlizindən Xankəndinə keçmək istəyən 5 yük maşını yoxlanmağa icazə verilmədiyindən geri qayıtdığı qeyd olunur.