Xankəndidə ermənilərin əski parçası endirildi – ARAİKİN HƏBSİ VƏ…

Xankəndidə ermənilərin əski parçası endirildi – ARAİKİN HƏBSİ VƏ…

Sosial şəbəkələrdə yayılan fotolorda Xankəndidə qondarma rejimin “bayraq”larının endirildiyi əks olunub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, yaxın zamanlarda qondarma rejimə aid olan bütün atributları yığışdırılacaq:

“Noyabr ayının 10-da əldə olunmuş razılaşmada nə status, nə də qondarma rejim barədə bənd var. Belə olan halda, o əski parçasının orada olması yolverilməz idi. Düşünürəm ki, tədricən qondarma rejimə məxsus bütün elmentlər Xankəndi və digər yerlərdən yığışdırılacaq. Məhz həmin əski parçasının oradan götürülməsi bu prosesin başlamasından xəbər verir. Bundan sonra proseselərin hansı formada davam edəcəyini isə gələcək göstərəcək. Hələlik onu deyə bilərəm ki, artıq ərazilərimizdə qondarma rejimin hansısa təsir gücü yoxdur”.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən separatçıların rəhbəri Araik Arutunyan, “müdafiə naziri” Cəlal Arutunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. Həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.

Müstəqil.Az 

Share: