![Xankəndidə silah-sursat tapılıb Xankəndidə silah-sursat tapılıb](https://apa.az/storage/news/2024/february/05/resize/65c07bb9d080365c07bb9d08041707113401841a4405c17d57e07e96799301e6fd8d.jpg)
Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.
xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də və 4-də Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.