Qalib ŞƏFAHƏT
Əvvəl örüş yeri oldun,
Sonra, görüş yeri.
Xankəndim,
xan şəhərim,
Xaniman şəhərim.
Xanların
anuşları, hayqanuşları
Başına çəkib,
bihuş olub
Uduzulan şəhərim.
Göbək rəqsi çalındıqca,
Göbələk kimi bitdi
anuşlar, haykanuşlar
isti qucaqlarda
oturan quşlar…
bilinmədi qüssəm
qəhərim
Ayaqda saxladıq,
əldən uduzlan şəhərim.
Əlimiz anuşların belində
sən də əsir oldun,
anuşların əlində
qalan şəhərim, xan şəhərim.
Gümanlar içində güman şəhərim
ətrafi çis – çəsək,
duman şəhərim.
Xankəndim, xan şəhərim.
Qala qurduq qalmadıq,
Doyunca kam almadıq.
Ey! kef şəhərim, kefqom şəhərim!
Dunyaya gəlişin xan oğlu xan tək,
Bir vaxt Şuşa ilə dərd ortağıydın.
İndi əsirlikdə qalan şəhərim.