Mayın 29-da, saat 18.00-da “Xarici ədəbiyyat niyə çox oxunur?” mövzusunda panel olacaq.
Kulis.az xəbər verir ki, müzakirədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Alatoran” nəşriyyatının rəhbəri Rasim Qaraca iştirak edəcəklər.
Qeyd edək ki, tədbir V Milli Kitab Sərgisi Çərçivəsində keçirilir.
Sərgi hər gün saat 09.00-dan 20.00-dək açıq olacaq!
Sərgiyə giriş sərbəstdir!
Ünvan: Qoşa qala qapıları