Xarici diplomların tanınması qaydaları dəyişdirilir

Xarici diplomların tanınması qaydaları dəyişdirilir

Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib.

Müstəqil.Az Report-a istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov deyib.

O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək:

“Yeni layihədə qismən tanınma anlayışı olacaq. Bir çox ölkələrdə xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur. Yeni qaydalar layihəsində nəzərdə tutulub ki, qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq, onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək”.

Müstəqil.Az

Share: