Xarici tibbi ləvazimatlar Rusiyadan çıxarılmayacaq

Xarici tibbi ləvazimatlar Rusiyadan çıxarılmayacaq

Rusiyada xarici tibbi ləvazimatların ölkədən çıxarılmasına qadağa qoyulub.

Müstəqil.Az  xəbər verir ki, Rusiyanın Baş naziri Mixail Mişustin sanksiyalara qədər ölkəyə gətirilən və ya hazırda gömrük yoxlanışından keçirilən xarici tibbi ləvazimatların ölkədən kənara çıxarılmasına qadağa qoyulmasına dair qərar imzalayıb.

Hökumət bu tədbiri ölkədə tibbi ləvazimat qıtlığının yaranmasının qarşısını almaq məqsədilə qəbul edib.

Müstəqil.Az

Share: