Xerson atəşə tutuldu — Bir ailənin bütün üzvləri həlak oldu

Xerson atəşə tutuldu — Bir ailənin bütün üzvləri həlak oldu

Rusiya ordusu Ukraynanın Xerson vilayətinin Berislav şəhərinə zərbələr endirib, ölənlər var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyası rəhbərinin müavini Kiril Timoşenko teleqram kanalında məlumat verib.

Məlumata görə, ölənlər ər, arvad və onların 12 yaşlı oğludur.

“İnsanlar Milad bayramını birlikdə qeyd etməyə hazırlaşırdılar, lakin rusların kinli zərbəsi onları öz evlərində öldürdü”, – Timoşenko yazıb.


Share: