“Rusiyanın 3 mayda Xerson vilayətində həyata keçirdiyi intensiv hücum nəticəsində 21 nəfər ölüb, 48 nəfər yaralanıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından verdiyi açıqlamada bildirib.
Zelenski açıqlamasında Rusiya ordusunun Xerson vilayətində qatar stansiyasına, evlərə, tikinti materialları bazarına, ərzaq mağazasına və yanacaqdoldurma məntəqəsinə hücum etdiyini qeyd edib.