“Ukraynanın Xerson vilayətinin Kaxovka şəhərində rusiyalılar təxribat-kəşfiyyat qruplarını və atəş tuşlayıcılarını axtarırlar. Bununla bağlı məlumat almaq üçün insanlara işgəncələr verilir”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat verib.
“Rusiya qoşunları dinc əhaliyə qarşı müharibənin qanunları və adət-ənənələrini kobud şəkildə pozmaqda davam edir. Xerson vilayətinin Kaxovka şəhərində təxribat qrupları və atəş tuşlayıcılarının axtarışı davam edir. Saxlanılanlar Qornostayevkaya aparılır və işgəncə altında ifadə verməyə məcbur edilirlər. Oxşar tədbirlər Luqanskın Borovskoye və Şedrişeve şəhərlərində də aparılır. Kütləvi axtarışlar, mobil telefonların müsadirəsi, insanların oğurlanaraq naməlum istiqamətə aparılması kimi hallar baş verir”, – deyə məlumatda qeyd edilir.
Mənbə: UNİAN