Seriyalı qatillər tarixdə öz dəhşətli əməlləri ilə iz qoyublar. Onlardan Ameliya Dayer adlı qadın var ki, “xeyirxah niyyətlərlə” örtülərək, bir neçə yüz körpə uşağı həyatdan məhrum edib…
Onun təcrübəsi sübut edir ki, yaxşılıq adı altında bəzən qeyri-insani qəddarlıq, daşürəklilik və psixikanın açıq nasazlığı gizlənir. Və uşaqları dayəyə etibar edərkən bir daha ciddi düşünməyə əsas verir.
Müstəqil.Az körpə uşaqların qatili, sonda ifşa olunaraq edam edilən Ameliya Dayer haqda oxucuları məlumatlandırır.
Ameliya Dayer – viktorian dövrünün ən amansız qatili.
Ameliya çoxuşaqlı ailədə – Bristol şəhərində doğulub. Uşaqlıqdan onun payına ağır sınaqlar düşüb – o, 4 kiçik qardaş və bacısının və ağıldan məhrum olmuş anasının qayğısına qalmağa məcbur idi.
Böyüyüb, Ameliya tibb bacısı kurslarını bitirir və kəbinsiz uşaq dünyaya gətirən qızlara kömək etməyə başlayır. Ameliya yeni doğulmuş körpələri öz himayəsinə götürməyi təklif edir, bununla da qızlara biabırçılıqdan qurtulmağa şərait yaradırdı.
Ameliya ingilislərin təbirincə desək, “beybi-fermer” idi – bildiyimiz dayəliyin bir forması. O, əsasən kəbinsiz doğulan uşaqların ailələrinə guya yardım etmək məqsədilə körpələri öz qəyyumluğu altına alırdı. Əslində isə, onun əlinə düşmüş müdafiəsiz körpələri öldürür, cəsədlərini Temzaya atırdı.
Ameliya Dayerin cinayətləri haqqında qəzetdə nəşr.
Ameliya Dayer ölüm cəzasına məhkum edildi.
Öldürülərək çaya atılmış bir uşağın örtüyündə qatilin diqqətindən yayılaraq zərf qalır. Tapılmış bu dəlil müstəntiqləri Ameliya Dayerə gətirib çıxarır.
Bütovlükdə, “beybi-fermer”lik Britaniyada geniş yayılmışdı. Buna səbəblər var idi: birincisi, bir çox qızlar biabırçılıqdan çəkinirdilər, ikincisi, hamiləliyə qarşı dərman hələ ixtira edilməmişdi, üçüncüsü, qanun kişilərə öz kəbinsiz uşaqlarını saxlamağa imkan vermirdi. Bu baxımdan, təsadüfi münasibətlərdən doğulan uşaqları böyütmək üçün həmişəlik dayələrə verirdilər.
Qonşular şübhələnməsinlər deyə, o, tez-tez yaşayış yerini dəyişir, yerli qəzetlərdə elan yerləşdirərək yeni uşaqlar yığırdı. Uşaqlardan birinin cəsədinin Redinq şəhərinin ətrafında çayda tapılmasından sonra qanlı qatilin izinə düşüldü.
Ameliyanın evində axtarış zamanı tapılan dəlillər onu göstərirdi ki, cinayətləri məhz o törədib. Həmçinin evdə qəzetlərdə yerləşdirilmiş elanların ödənişi üçün qəbzlər aşkar edildi. İzləri dolaşdırmaq üçün Ameliya, elanlarda uydurulmuş adlardan istifadə edirdi.
Bütün cinayətlər 1860-cı illərin ortalarında törədilmişdi ki, bu zaman Ameliya 27-28 yaşında idi.
Ameliya Dayer cinayətlərindən bəhs edən muzey stendi.
Qatil haqqında bütün Britaniya qəzetləri yazırdı.
İstintaq həm də onu göstərdi ki, Ameliya müştərilərlə saxta müqavilələr imzalayırdı. O, söz verirdi ki, uşağın heç nəyə ehtiyacı olmayacaq və yaxşı şəraitdə yaşayacaq, amma körpə onun əlinə düşən kimi, onu ölüncəyə qədər ac saxlayırdı…
Uşaqlar daha az kapriz etsinlər deyə, Ameliya onlara tiryək preparatları verirdi. İlk illərdə mənfur qatil uşaqların ölümlərini qanun üzrə qeydə alırdı. Guya müxtəlif xəstəliklərdən dünyasını dəyişiblər. Ancaq onun əməkdaşlıq etdiyi həkim şübhələnməyə başlayanda, ehtiyat edərək o, cəsədlərdən müstəqil olaraq qurtulmağa başladı.
Bəzi qiymətləndirmələrə görə, Ameliya 300-dən çox uşaq öldürüb. Onun işi polisə düşəndən sonra, hökumət “beybi-fermerlər”in fəaliyyətinə ciddi nəzarət etməyə başladı.
Mənfur qatil 1896-cı ildə ölüm cəzasına məhkum edildi. İttiham o qədər ciddi idi ki, qərardan şikayət vermək nəzərdə tutulmurdu. Qərar dərhal icraya yönləndirildi.
Müstəqil.Az