Biz öz istədiyimiz şirkətlərə imkan yaratmışdıq. Mənim göstərişimlə bu tender proseduru ilə Səlim məşğul olurdu. Mən Tender Komissiyasının sədri idim.
Müstəqil.Az xəbər verir ki, bu sözləri DTX-nın XİN-də keçirdiyi əməliyyat zamanı saxlanılan nazirliyin İşlər İdarəsinin müdiri və Tender Komissiyasının sədri Fərhad Mollazadə deyib. O, dövlət büdcəsindən ayrılan vəsaiti hansı yolla mənimsədiklərini açıqlayıb:
“Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən nağd pul almışıq. Məsələn, bir şirkətdən 36 min məbləğində vəsait alınmışdı. O pulu vermişdilər Səlimə, o da mənə gətirmişdi. Mən 10 faizini özümə saxladım, 10 faizini Səlimə verirdim. Qalanını da nazirliyin probleminə xərcləmişik. Müxtəlif məbləğlər olub – 59 min, 19 min və s. Açığı, çox heyfsilənirəm ki, belə bir addım atmışam və buna görə özümü çox pis hiss edirəm. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”.
Aqşin