XİN Ermənistanı beynəlxalq məhkəmənin qərarına əməl etməyə çağırdı

XİN Ermənistanı beynəlxalq məhkəmənin qərarına əməl etməyə çağırdı

“Biz Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə yazıb.

“Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib, nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb.

İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib”, – XİN başçısının müavini qeyd edib.


Share: