Xırdalandakı 9 saylı məktəbdə analoqsuz tapşırıq – Şagirdlər dərsə iki cüt ayaqqabı ilə gəlsin

9 nömrəli tam orta məktəbin direktoru Həcər İbrahimova şagirdlərə yağış yağıdığı zaman, məktəbə özləri ilə əlavə ayaqqabı gətirmələrini tapşırıb.

Müstəqil.Az Faktor.az-a istinadla xəbər verir ki, bu barədə saytımıza valideyinlər şikayət edib. “Dünəndən Xırdalan şəhər 9 saylı tam orta məktəbin direktoru Həcər İbrahimova əmr verib ki, uşaqlar dərsə iki ayaqqabı ilə gəlsin Deyir, yağış yağanda Xırdalan “lıqqa” olur deyə, ayaqqabının birin məktəbə qədər geyinin, o biri təmizi məktəbin qarşısında geyinib içəri girin”.

Məsələ ilə bağlı Xırdalan şəhər 9 saylı tam orta məktəblə əlaqə saxladıq. Adını verməyən və özünü direktorun katibəsi kimi təqdim edən xanım bildirdi ki, uşaqları məcbur etmirik, lakin bu uşaqların sağlamlığı üçün atılan addımdır: “Biz heç kimi məcbur etmirik, lakin uşaqlar toz-torpağın içində oturmaqdansa, təmiz sinifdı otursalar daha yaxşı olar”. Bundan sonra xanım öz dediklərini təkzib edib, iddianın yanlış olduğunu qeyd etdi.

Müstəqil.Az

Share: