Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun 32 il sonra tapılan qalıqları dəfn olunub- FOTO – VİDEO

Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun 32 il sonra tapılan qalıqları dəfn olunub- FOTO – VİDEO

Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun 32 il sonra tapılan qalıqları dəfn olunub- FOTO – VİDEO

Xocalı soyqırımında itkin düşən Mahmudov Akif Seydulla oğlunun qalıqları dəfn olunub.

-nın xəbərinə görə, şəhidin Xocalıdakı kütləvi məzarlıqda aşkarlanan qalıqları Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Rahim Mustafayev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

***

12.42

Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılmış Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilir.

-nın xəbərinə görə, Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak edir.

Oğlu Nicat Mahmudov deyib ki, atası 32 il öncə Xocalıda şəhid olub: “Xocalıda qazıntı işləri aparılarkən atamın da qalıqları tapılıb. Məndən və əmimdən analiz götürüldü, analizin nəticələrinə əsasən qalıqların atama aid olduğu bildirildi. Atam şəhid olanda mənim 3 yaşım var idi, atamı xatırlamıram”.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci il 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var.

Share: