Xocalıda avtomobil dərəyə aşdı: Şirkət əməkdaşı xəsarət aldı

Xocalıda avtomobil dərəyə aşdı: Şirkət əməkdaşı xəsarət aldı

Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.

O bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonunun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, “Gədəbəy Sular” MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqov “Hyundai” markalı yük avtomobilində idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: