Xocalıda minlərlə insanın həyatını xilas edən ukraynalı pilot vəfat etdi

Xocalıda minlərlə insanın həyatını xilas edən ukraynalı pilot vəfat etdi

Xocalı soyqırımının ilk canlı şahidlərindən biri olan ukraynalı pilot Leonid Kravets vəfat edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “Facebook” səhifəsində paylaşım edib.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kravets uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu. Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot . Leonid Kravetsin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacağıq. Minlərlə insanın həyatını xilas edən QƏHRƏMAN, ruhun şad olsun!”,- deyə Hikmət Cavadov qeyd edib.

Qeyd edək ki, Leonid Kravets soyqırımı barədə rəsmi Bakıya ilk xəbər verən, 2 gün sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan ilk pilot olub.

Müstəqil.Az

Share: