Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Xocavənd və Ağdərə ilə bağlı hamını maraqlandıran suallara aydınlıq gətirildi – VİDEO

Xocavənd və Ağdərə ilə bağlı hamını maraqlandıran suallara aydınlıq gətirildi – VİDEO

“Cənab prezident xalqa müraciətində yarana biləcək bütün suallara cavab verdi. O ki qaldı Xocavənd və Ağdərə məsələsinə, Dağlıq Qarabağ sərhədi boyu bütün ərazilər Azərbaycana qaytarılır. Qarabağda sülh prosesi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülhməramlı qüvvələrin iştirakı ilə həyata keçiriləcək”.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov BAKU.TV-yə açıqlamasında deyib. O bildirib ki, Dağlıq Qarabağın yerli sakinlərinin bu bölgəyə qayıtmasına şərait yaradılacaq və təhlükəsizliyinə təminat veriləcək:

“Düşünürəm ki, bu proses zamanı neytral bir qüvvə olmalıdır. Beynəlxalq praktikada da bu var. Azərbaycanın emosionallığını bilirik. Azərbaycanda bir çox ailələr şəhidlər verib. Psixoloji gərginlik nəzərə alınır. Hələlik 5 il müddətində çox məsələr həll olunacaq. Ermənilər öz təqsirlərini boyunlarına alacaq. Azərbaycan vətəndaşı harada olur olsun başını dik tutacaq. Qalib ölkənin vətəndaşı olacağıq.

Naxçıvanla kommunikasiya əlaqələrimiz qurulacaq və buna da sülhməramlı qüvvələr nəzarət edəcək. Qarşıya qoyulan 9 şərt Azərbaycanın marağına uyğun olaraq qəbul edilib. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Cənab prezident bildirdi ki, Dağlıq Qarabağın statusundan ümumiyyətlə söhbət getmir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində digər rayonları kimi öz fəaliyyətini davam etdirəcək və sakinlər də orada yaşayacaq.

Bütün şərtləri Ermənistan tərəfi qəbul etdi. Rusiyanın Ermənistan üzərindəki təsirini bilirik. Koordinasiya mərkəzində sülhməramlı qüvvələrdə Türkiyə də iştirak edəcək. Prezidentin səyi nəticəsində Azərbaycan nəyi istədisə, ona da nail oldu”.

Müstəqil.Az

VİDEO

Share:

seo

-

isim değiştirme