“Xocavənddə əsgərimizə hücum edən erməni Seyran Sarkisyanı əsgərimiz atəş açaraq öldürüb. Əsgərimiz haqqında Füzuli Hərbi Prokurorluğunda cinayət işi başlanıldığı deyilir. Əsgərin valideynlərini tanıyın varsa, mənimlə əlaqələndirməsini xahiş edirəm. Təmənnasız hüquqi xidmət göstərməyə hazıram”.
Müstəqil.Az Turkustan.az -a istinad edərək xəbər verir ki, xəbər verir ki, bu sözləri vəkil Babək Həmidov Facebook səhifəsində yazıb.
Məsələ ilə bağlı bəzi şərhlərdə hansısa “video görüntülərin olmasın”dan bəhs edilir.
Hərbi ekspert Ədalət Verdiyev isə mövzu ilə bağlı bu qeydləri yazıb:
“Müharibə bitəndən sonra “Niyə ermənini əsir götürürük” və ya “ən yaxşı erməni ölü ermənidir” yazan dostlar, indi Siz sıravi Rəhimzadə Davud Qabil oğluna kömək edə biləcəksinizmi? Əsgərimizi bu əmələ təhrik olunmasında sizin də rolunuz az deyil. Buyurun onu xilas etmək üçün təkliflərinizi səsləndirin”.
Məsələ ilə bağlı hələlik rəsmi instansiyaların açıqlaması olmayıb.
Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi aşağıdakı məzmunda açıqlama yaymışdı:
“Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır”.