Xorvatiyalı mütəxəssis Rusiya və Çin peyvəndlərinin keyfiyyətinə şübhə etmədiyini açıqlayıb

Xorvatiyalı mütəxəssis Rusiya və Çin peyvəndlərinin keyfiyyətinə şübhə etmədiyini açıqlayıb

“Xorvatiyada koronavirusa qarşı Rusiya və Çin peyvəndlərinin keyfiyyəti şübhə doğurmur”.

Müstəqil.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Mülki Müdafiə Qərargahının üzvü, Zaqreb Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasının Baş həkimi professor Alemka Markotiç yerli “HRT” televiziyasına açıqlamasında bildirib.

O, əlavə edib ki, Rusiya və Çindən gətirilən peyvəndlərin keyfiyyətinə şübhə etmək üçün bir səbəbi yoxdur, eyni zamanda fərqliliyi ümumiləşdirməkdə çətinlik çəkir: “Rusiya və Çin yüksək dərəcədə texnoloji inkişafa və biliyə sahib ölkədir. Bu, nəticə etibarı ilə adıçəkilən ölkələrdə istehsal olunan peyvəndlərə şübhə etməyə əsas vermir”.

Müstəqil.Az

Share: