Şəmsəttin Kuzəçi
ETİRAF
Bilirdim:
İçimdə doğan
xoşbəxtlik
Sənə qarşı
illər boyu bəslədiyim
EŞQin
bəhəridir…
BAHARSAN
Günəşin rəngi,
saçının telləridir…
Bahar rüzgarı,
eşqinin ahəngidir…
Gözünün yaşı,
dənizin dalğalarıdır…
Ulduzun parlaqlığı
göz bəbəyinin işığıdır.
Sevgilim…
Səni nə qədər anlatsam,
inanmazsan.
Sən, baharsan, bahar!
Bahar içində bahardan da gözəlsən!..
ÖLMƏYƏN SEVDA
Anladığım
doğru sevda,
bildiyim
təmiz eşq
doğulduğum gündən bəri
içimdə yaşar…
və ölüncəyədək
yaşar
Səninçün…
SƏN MƏNSƏN
Başa düşə bilmərəmmi
kim olduğunu?
Hardan gəldiyini,
niyə mənə inandığını?
– Səni özüm kimi tanıyıram;
Oxumuşam, anlamışam.
Çünki
sən mənsən,
Mən də Bakı…
BOŞ HƏYAT
Aldanma,
İnsanoğlu!
Söyləmə:
“Həyat xoşdur…”
Əgər
iman olmazsa,
həyatda hər şey boşdur…
TORPAĞIM
Alıb Kərkükü aparanlar,
yox edib
silmək istəyənlər
neftini yandırıb
qazını qurtarsınlar…
Suyunu qurudub
barını yesinlər.
Qalasını
Mostar kimi Ecyaz misalı
qarsıb qovursunlar…
Yetər ki,
daşını,
torpağını
bizə versinlər!..
Azərbaycan türkcəsinə uyğunlaşdırma: Rəsmiyyə SABİR