Xramçixin İrəvana: Bakı zərbə endirsə, kömək gözləməyin!

Qarabağ savaşı zamanı hücum istənilən istiqamətdə baş verə bilər.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Azərbaycanın müxtəlif istiqamətlərdə hücum imkanı var, amma o, Ermənistana hücum etsə, o zaman özünə ciddi siyasi problemlər yaradacaq. Əgər o, təkcə Qarabağ istiqamətində hücum etsə, o zaman öz ərazi bütövlüyünü bərpa etmiş olacaq, amma Ermənistana hücum olunsa, bu, aqressiya sayılacaq. İkinci halda Azərbaycanın Rusiya və maraqlı olan digər tərəflərlə problemləri olacaq. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatları başlatmaqdan başqa heç bir çarəsi qalmır. Ona görə ki, problemin sülh yolu ilə həll edilə bilməyəcəyi getdikcə aydınlaşır. Ərazi bütövlüyünün bərpası Azərbaycan üçün artıq milli ideologiyadır. ABŞ Milli Kəşfiyyatının rəhbəri bəyan etdi ki, konflikt bu il yenilənə bilər. Amerikalıların müharibə istəməsi istisna edilmir. Bu onlar üçün Rusiyaya zərbə baxımından faydalı olacaq. Ermənistan və Azərbaycan ABŞ üçün maraqlı deyil. Rusiyaya zərbə olması üçün onlar məmnuniyyətlə müharibəni qızışdıra bilərlər, müharibə isə yalnız Azərbaycanın hücumu ilə qızışa bilər.

Müşahidəçilər, konfliktə təsiri olanlar hər zaman sülh yolu ilə həlldən danışırlar, lakin əslində heç nə sülh yolu ilə həll edilmir. Bütün məsələlər hərbi vasitələrlə həll edilir. Qarabağa gəlincə isə mən anlaya bilmirəm ki, tərəflərin mövqelərinin bir-birinə tam zidd olduğu yerdə konflikti necə sülhlə həll etmək olar. Mən bu konfliktin sülh yolu ilə həlli imkanlarını görmürəm. Əgər tərəflər hansısa məsələdə razılaşa bilməsələr, o zaman yeganə yol hərb olacaq. Bütün konfliktlər praktik olaraq bu cür qurulub. Məsələn, Çeçenistan probleminin də hərbi həllinin olmamasını deyirdilər, amma o, hərbi vasitələrlə həll edildi”, – deyə o bildirib.

İlkin

Share: