Əgər Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsində savaş başlasa, Rusiya birmənalı şəkildə buna müdaxilə etməyəcək.
Müstəqil.Az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, Gümrüdəki Rusiya bazası Azərbaycanın yox, Qafqazdakı xarici oyunçuların qarşısını almağa yönəlib:
“Başqa sözlə, Azərbaycanla ərazi mübahisəsi Ermənistanın özünün şəxsi məsələsidir. Əgər konflikt Ermənistan-Azərbaycan sərhədində baş versə, o zaman Rusiyanın hansı mövqe tutacağı aydın deyil. Əgər Qarabağda savaş başlasa, Rusiya dəqiq olaraq buna müdaxilə etməyəcək”.
Müstəqil.Az