Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Xudayar Yusifzadənin büstü hazırlanıb.
Şəhidin büstü heykəltəraş Teymur Qəribov tərəfindən ərsəyə gətirilib.
Qeyd edək ki, 22 yaşlı Xudayar Yusifzadə oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhid olub. “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə və “Zəngilanın azad olunmasına görə” medalına layiq görülüb. (Qafqazinfo.az)