Xuntaçılar cəmi 1 gündə Qarabağda 480 kilometr xətti minalayıblar…

Xuntaçılar cəmi 1 gündə Qarabağda 480 kilometr xətti minalayıblar…

Faiq Balabəyli: “Ermənilərin tək istəyi, məqsədi asayişin pozulması, daha çox insan tələfatının baş verməsidir”

 

“Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

Image

 

Qeyd edilib ki, azad edilən ərazilər kütləvi şəkildə minalanıb: “Son mina qurbanımız 3 noyabr tarixində  olub. Xoşbəxtlikdən, həmin şəxs sağ qalıb. Antiterror tədbirlərindən sonra azad etdiyimiz ərazilərdə vəziyyət təhlil olunacaq. Son 3 il ərzində qanunsuz rejim təxminən 480 km. ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb. Orta hesabla həmin o minaların dərinliyi 2 km-dir. Bu, o deməkdir ki, əlavə olaraq 960 kvadrat km. ərazi minalanıb. Qiymətləndirmə ondan ibarətdir ki, biz orada 100 minlərlə əlavə minaların basdırılması barədə danışırıq”.

Onu da qeyd edək ki, Qarabağda ermənilər sentyabrın 19-da da yeni təmas xəttini minalayıb. Maraqlıdır, ermənilər antiterror tədbiri başlayan gün niyə bu addımı atdılar?

“Ermənilər antiterror tədbiri öncəsi də, həmin gün də, elə sonrakı günlərdə də imkan tapdıqca terrorçu xislətlərini davam etdiriblər”

“DSD” İB-nin idarə heyətinin sədri və  Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bunları dedi: “İlan ulduz görməsə ölməz deyiblər. Ermənilər antiterror tədbiri öncəsi də, həmin gün də, elə sonrakı günlərdə də imkan tapdıqca terrorçu xislətlərini davam etdiriblər və edəcəklər də. İmkan tapdıqca çirkinliklərini sərgiləyiblər və davam da edəcəklər. Düşməndən daha nə gözləmək olar ki?”

Həmsöhbətimiz bildirdi ki, ermənilərin tək istəyi, məqsədi asayişin pozulması, daha çox insan tələfatının baş verməsidir. Bu aydındir: “Ümumiyyətlə, bu kimi məkrli plana həmişə hazır olmalıyıq. Sadəcə rahatsızlıq həm də ondadır ki, bütün bunları bilən ermənipərəstlərin içində insani hisslər bu qədər zəifdir. Demək o qüvvələr haqqın yox, nahaqqin, şər qüvvənin yanındadır. Bu baxımdan hörmətli nazir Ceyhun Bayramovun bu faktları diqqətə çatdırması lazımdır və yerində, zamanında edilir”.

F.Balabəyli hesab edir ki, sülh danışıqları getdiyi halda da basdırılan minaların aldığı canlar ermənilərin uzun illər apardığı terror əməllərinin hələ də davam etməsi deməkdir.

Günel CƏLİLOVA

Bakı-xəbər

Share: